Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106552
az

“Uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?!”

16:0719 Aprel, 2024
111
CƏMİYYƏT
  • A

“Şagird məktəbə dərs öyrənmək üçün gəlir. Əgər həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?! Vaxtilə çar Aleksandr manifest qəbul etdi və insanları evindən dartıb məktəbə gətirirdi. İndi isə istəyirlər ki, insanlar məktəbə gəlməyib evdə otursunlar”. 


 

Oxu24.com xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bildirib. 


 

“Məktəbəqədər təhsil müəssisələrinin sayı Bakıda 25 %-dir, əgər orada olan uşaqların 10-15 %-i müsahibədən keçmirsə, harada təhsil almalıdır?! Hindistanda İndira Qandinin vaxtına qədər belə qayda var idi ki, ancaq varlı uşaqlar təhsil ala bilir. Sonradan bu məsələni bir az yüngülləşdirib kasıb uşaqların da bu siyahıda olmasına razılıq verdilər.


 

Bu gün valideyn övladını yaşadığı əraziyə yaxın məktəbə qoymaq istəyir, müsahibə əsnasında böyük ansambl sıraya düzülür.

 

Guya uşağın biliyini yoxlayır. Bu, hansı qanunvericilikdə nəzərdə tutulub?! Oxumaq istəyən bütün şəxslər üçün şərait yaradılmalıdır.

 

Onları məktəbdən qovmaq əvəzinə, oxumağa sövq edək. Hərə özündən bir qayda qəbul edib uşaqların oxumasına maneə törətməsin. Hər bir dövlət məmuru qanunvericiliyin tələbini yerinə yetirməlidir. Ölkədə 9 illik təhsil icbaridir”. (qafqazinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

165 nömrəli marşrutun       avtobusları            yenilənir
Sabah bu ərazidə       qaz           olmayacaq
Yolda hərəkət edən qapısız ambulansla bağlı- Açıqlama - Video

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
“Azərbaycan işi” üzrə məhkəmə      sabah      keçiriləcək