Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106545
az

Tovuzda qadının üstünə benzin töküb yandırdı

15:0219 Aprel, 2024
64
CƏMİYYƏT
  • A

Tovuzda 34 yaşlı qadın tanışı tərəfindən yandırılıb.

 

Oxu24.com xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində baş verib.

 

Belə ki, rayon sakini 2002-ci il təvəllüdlü Röyal Tağıyev tanışı, Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək od vurub. Qadın yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hadisə nəticəsində T. Məmmədovanın bədəninin 70-80 faizi 3A dərəcəli yanıq xəsarəti aldığından o, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.

 

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində  cinayət işi başlanılıb. Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu yarış selə görə təxirə salındı
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ
Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi