Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106544
az

Bayramov Fələstin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi

14:5519 Aprel, 2024
31
SİYASƏT
  • A

Aprelin 19-u Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fələstin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.


Oxu24.com xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə Qəzzadakı vəziyyət müzakirə olunub.


C. Bayramov M. Mustafaya bu əhəmiyyətli vəzifəyə təyinatı münasibətilə təbriklərini çatdırıb. Baş nazir də öz növbəsində ölkəmizi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi münasibətilə səmimi qəlbdən təbrik edib.


İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və s. istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğu, regional və beynəlxalq təşkilatlar çərçivəsində göstərilən qarşılıqlı dəstək məmnunluqla qeyd olunub.


Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən “iki dövlət həlli”nin tərəfdarı olduğunu hər zaman dəstəklədiyini, bu istiqamətdə milli səviyyədə, o cümlədən Qoşulmama Hərəkatına sədrlik dönəmində münaqişənin nəticələrinin aradan qaldırılması sahəsində əməli addımlar atdığı diqqətə çatdırılıb.


Azərbaycanın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) vasitəsilə Fələstinə göstərdiyi 2 milyon ABŞ dolları məbləğində yardımı, eləcə də fələstinli tələbə və diplomatlar üçün təlim-tədris proqramlarının mövcudluğu məmnunluqla qeyd olunub.


Teledon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident bu Sazişi təsdiqlədi
Ceyhun Bayramov bu tarixdə Mirzoyanla görüşəcək
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib