Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106536
az

Valideynlərini qətlə yetirən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...

13:3519 Aprel, 2024
1794
REDAKTORUN SEÇİMİ
  • A

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb.

 

Oxu24.com   qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib.

 

İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmiş və buna görə evdə dava salırmış. Aprelin 8-də isə Fikrət yaşadığı binanın qarşısında uşaqlıq dostu ilə pula görə dalaşıb. Həmin vaxt hadisə yerinin yaxınlığında olan polislər Fikrəti saxlamaq istəyərkən o, müqavimət göstərib.

 

Həmin gün saxlanılan Fikrət Məmmədov barəsində Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə protokol tərtib edilib. Sumqayıt Şəhər Məhkəməsi Fikrəti törətdiyi əmələ görə 150 manat cərimə edərək sərbəst buraxıb.

 

Gecə törədilmiş qətl hadisəsinin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, bu gecə saat 03 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Zərifə Məmmədovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən onların oğlu, 2000-ci təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib
Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı