Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10650
az

Prezidentin general rütbəsi verdiyi şəxslər kimdir?

15:4407 Mart, 2019
1470
SİYASƏT
  • A
 
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Muradov İnqilab Heydər oğlu
polkovnik Niftaliyev Səlim Cəfər oğlu.

Femida.az rütbəsi artırılan hərbi qulluqçular barəsində məlumatı təqdim edir:

Muradov İnqilab Heydər oğlu 1967-ci ildə Zərdab rayonunun İsaqbağı kəndində anadan olub. Uşaqlıq illərindən hərbiyə böyük maraq göstərib. 1984-1988-ci illərdə Rusiyanın Kamışinski Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb. 1993-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətini davam etdirir. Muradov İnqilab Heydər oğlu hazırda Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qərargah rəisinin 1-ci müavini vəzifəsini icra edir.
Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin 30 iyun, 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində xüsusilə fərqləndiyinə, şücaət və igidlik göstərdiyinə görə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev İ. Muradovun nümunəvi xidmətini nəzərə alaraq onu 2007-ci ildə Bakı şəhərində mənzillə təmin edib.
İnqilab Muradov “Qüsursuz xidmətlərə görə”, “Hərbi xidmətlərə görə”, 2 və 3 dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalları ilə də təltif olunub.

Femida.az xəbər verir ki, general-mayor ali hərbi rütbəsi verilən digər şəxs Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, Səlim Niftəliyevdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ