Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106494
az

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

22:2918 Aprel, 2024
83
DÜNYA
  • A

Avropa İttifaqının dövlət və hökumət başçıları Brüsseldə keçirilən qeyri-rəsmi sammitdə İrana qarşı sanksiyaları genişləndirmək qərarına gəliblər.

OXU24.COM xarici mediaya istinadla xəbər verir ki, bu, 27 dövlət və hökumət başçısının Avropa Parlamentinə seçkilər ərəfəsində son görüşüdür. Görüşdə Avropa İttifaqına seçkilərin müzakirə olunacağı gözlənilirdi. Lakin İranın İsrailə hücumu planı dəyişdi.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vurğulayıb ki, Aİ İrana qarşı mövqeyində yekdildir. “Biz bu hücumu pisləyirik. Biz sanksiyalar tətbiq edəcəyik və regionda mülki əhalini müdafiə etmək üçün əlimizdən gələni etmək niyyətindəyik”, - deyən diplomat yeni sanksiyaların pilotsuz təyyarə və raket istehsal edən İran şirkətlərini hədəfə aldığını əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI
Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA