Ankaradakı Rus Evində Rusiya prezidentinin seçilmiş çıxış və məqalələrinin türk dilinə tərcümələrinin yer aldığı “Mən Vladimir Putinəm” kitabının təqdimatı olub.
Oxu24.com xəbər verir ki, təqdimat mərasimində Rusiyanın Türkiyədəki səfiri Aleksey Erxov bildirib ki, kitabın məqsədi türk oxucusunu Rusiya prezidenti ilə tanış etmək və onun şəxsiyyətini izah etməkdir.
Kitabda Rusiya liderinin, o cümlədən Qərb mətbuatında mühüm çıxışları, müsahibələri və məqalələri yer alıb.
Kitab Rusiyanın Türkiyədəki səfirliyi, “Qazprom” PJSC və Tatarıstan Ticarət Evinin fəal dəstəyi ilə türk nəşriyyatı tərəfindən nəşr edilib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR