Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10644
az

Aprel döyüşlərində kəşfiyyatçılarımız Ermənistan daxilində əməliyyatlar həyata keçirib? - ŞOK DETALLAR

12:2307 Mart, 2019
2459
HƏRBİ
  • A
 

Daha öncə də xəbər verdiyimiz kimi, 2016-cı il aprelin 6-da Ermənistanın Çəmbərək şəhərində dislokasiya olunan hərbi hissədə 21 yaşlı müddətli xidmət hərbi qulluqçusu Mher Yerznkyan ölüb.


Oxu24.com   ordu.az-a istinadən xəbər verir ki, bildirilir ki, Mher Yerznkyan naməlum şəraitdə saatdarın vəzifə borclarını yerinə yetirdiyi qarovul məntəqəsinin yanında qətlə yetirilib. Qətl məqamları bugünədək sona qədər aydınlaşdırılmayıb. Hadisə barədə qəribə versiyalar irəli sürülüb, daha sonra 1 il araşdırıldıqdan sonra işin icraatına xitam verilib.

Nə hərbi hissə, nə də Ermənistan Müdafiə Nazirliyi Yerznkyanın yaxınlarına rəsmi olaraq övladlarının ölümünü bildirməyib. Bu xəbəri ölən hərbçinin qardaşı, həmin dövrdə sülhməramlı briqadada müqaviləli xidmətdə olan Davitin vasitəsilə bilib.

Ölən hərbçinin atası Aramayis Yerznkyan ət satan olduğunu, tanış hərbçilərin ət satdığı yerə gəlməklərindən sonra oğlu Mherin vurulduğunu öyrəndiyini qeyd edir.

Ekspertizanın rəyinə görə, qətlə yetirilən Mher Yerznkyanın baş nahiyyəsinə 3 avtomat yarasının izi olub. Eyni zamanda baş nahiyəsində küt alət zərbəsi və bədənində döyülmə əlamətləri olub. Bununla da onun hərbi hissədə tanış əsgərlər tərəfindən öldürüldüyünü ehtimal etmək olar.

Atası isə bütün bu əlamətlərin varlığına inanmır, sadəcə yıxılma anında baş verən sıyrıqlar olduğunu qeyd edir. Lakin istənilən halda əsgər yoldaşları tərəfindən öldürülmə məqamını müstəntiqlər araşdırmayıb.


İstintaq orqanı baş verəni ilk növbədə intihar kimi, daha sonra isə silahla ehtiyatsız davranış kimi qiymətləndirib. Daha sonra isə intihar versiyası inkar edilərək, naməlum şəxs tərəfindən açılan atəş nəticəsinə baş verən ölüm kimi nəzərdən keçirilib.

Buna baxmayaraq, cinayət işinin ilkin araşdırılmasında Yeznkyanın intihar etməsi və onun intihar həddinə çatdırılma məqamı öz əksini tapmayıb.

"Yerznkyan 2016-cı il aprelin 6-da, saat 04:15 radələrində qarovul tərkibində 2-ci postun saatdarı olaraq cəlb edilməklə, həmin qarovul binasının ərazisində tanış olmayan şəxs görərək, vəzifə səlahiyyətləri çərçivəsində onu saxlamağa çalışıb. Lakin buna nail olmayaraq, həmin naməlum şəxs tərəfindən baş nahiyyəsi istiqamətində açılan atəş nəticəsində ölüb", - deyə hərbi prokurorluğun 5-ci qarnizonunun müstəntiqi tərəfindən 2017-ci ilin may ayında qəbul edilən qərardakı məlumatda qeyd edilib.

Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyanın bildirdiyinə görə, cinayət işinin istintaqı müstəntiqin cinayəti bağlamağa cəhdi ucbatından uzanıb. Ohanyan, vaxtilə öldürülən hərbçinin atasını şəxsən qəbul etsə də, hazırkı müdafiə naziri valideynləri heç vaxt şəxsən qəbul etməyib.

Gecə vaxtı hərbi hissəyə daxil olan və erməni hərbi qulluqçunu qətlə yetirən naməlum şəxsin kim olduğu bugünədək məlum deyil. Günahlandırılan şəxsin naməlum olduğuna və aşkar edilmədiyinə görə cinayət işinə xitam verilib.

 
Lakin hərbi hissədə öldürülən hərbçinin valideynlərinə bildiriblər ki, hücum edən şəxs Azərbaycan ordusunun hərbi qulluqçusu olub. Bununla yanaşı, bunu sübut edəcək hər hansı bir dəlil təqdim etməyiblər. Qətlə yetirilən hərbçinin valideynləri əmindir ki, övladlarına hücum edən şəxslər 3-4 nəfər olub. Ekspertizanın rəyinə görə, Yerznkyanın bədənində olan xəsarətlərin bir atəşlə edilməsi mümkün deyil. Maraqlıdır ki, divarlarda silah dəlikləri də aşkar edilib.

Onlar iddia edir ki, hücum edən tərəf Azərbaycan ordusunun hərbçiləri olub. Bildirirlər ki, oğlu qətlə yetirilmədən öncə komandirinə zəng edib və bildirib ki, kimsə dayanın işarəsinin qarşısında ona baxır. Erməni komandiri, telefonda onun hərbi hissə ərazisinə daxil olan şəxsi dayandırmağa çalışdığını və sonda atəş səsini eşitdiyini qeyd edib. Öldürülən əsgərdən sonra digər hərbçilərin də hərəkət hiss etdikləri və növbətçi komandirə məlumat verdikləri qeyd olunub. Bu barədə ifadələr mövcuddur.

Yerznkyanın ölümü aprel döyüşlərinin ən qaranlıq məqamlarından biri hesab edilir. Ermənistan Müdafiə Nazirliyinin üzün müddət ölüm hadisəsini gizlətməyə çalışıb.

Yerznkyana ordumuzun 3-4 hərbçisinin hücum etməyini hesab etsək, ona belə çıxır ki, aprel döyüşlərinin son günlərində kəşfiyyatçılarımız asanlıqla sərhəddi yarıb və Ermənistan ərazisinə daxil olaraq, gizli şəkildə birbaşa Çəmbərəkdəki hərbi hissəyədək gəlib çıxa biliblər. Kəşfiyyatçılarımızın məqəsdi nə olub? Niyə kəşfiyyatçılarımız xüsusi olaraq Ermənistan ərazisinə daxil olmalı, Çəmbərəkdəki hərbi hissəyə girərək saatdarı öldürməli və heç kimə ziyan vurmadan geri çəkilməli idi? Niyə Ermənistan Müdafiə Nazirliyi bütün kəşfiyyat fəaliyyətləri barədə məlumatları versə də, bu dəfə məlumatı gizlədib? Bu suallara cavab yoxdur. Yerznkyanı öldürənlərin ermənilər olduğunu isə demək, daha məntiqli olardı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zakir Həsənov MİQ-29 qəzasından danışdı:
“Mxitaryan bir köpüklük futbolçu deyil” - Zakir Həsənovdan maraqlı AÇIQLAMA
Aprel döyüşlərində kəşfiyyatçılarımız Ermənistan daxilində əməliyyatlar həyata keçirib? - ŞOK DETALLAR

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü