Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106415
az

“Bu sənəd sırf dezinformasiyadır” - ABŞ Dövlət Departamenti

11:0818 Aprel, 2024
169
DÜNYA
  • A

ABŞ Dövlət Departamentinin mətbuat xidməti aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə Ermənistana geniş hərbi dəstəyin göstərilməsi məsələlərinin əksini tapdığı sənədin mətbuatda yayılmış fotosu ilə bağlı açıqlama verib.

Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, açıqlamada deyilir:

“Bu sənəd sırf dezinformasiyadır, təhlükəsizlik məsələləri gündəmdə olmayıb. Biz sizin diqqətinizi aprelin 5-də Brüsseldə keçirilmiş üçtərəfli görüşün yekununda Avropa İttifaqı və Ermənistan ilə birlikdə qəbul etdiyimiz press-relizə yönləndirmək istərdik. Avropa İttifaqı və Ermənistan ilə birlikdə keçirilmş Brüssel görüşündə diqqət yalnız ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyaclarını həll etməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığına, o cümlədən Ermənistanda demokratiya və qanunun aliliyi kimi sahələrdə davam edən islahatları dəstəkləməyə yönəlib”, - deyə Dövlət Departamentinin mətbuat xidmətinin sorğuya cavabında qeyd olunub.

Xatırladaq ki, Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü ilə bağlı sənədlərdən birinin ötən gün fotosu yayılıb. Azərbaycan ictimaiyyətində geniş narahatlıq doğuran həmin fotodan da göründüyü kimi, üçtərəfli görüşlə bağlı daha əvvəldən verilən açıqlamaların əksinə, həmin sənəddə həm ABŞ-ın, həm də Avropa İttifaqının Ermənistana geniş hərbi dəstək göstərməsi əks olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Livandakı atəşkəsdən məmnunuq" -Ərdoğan
Volkswagen Çindəki fabriklərindən birini ləğv edəcək
Dünyaya gətirdiyi körpəsini illərlə      siyirmədə        gizlətdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Bakıda 14 yaşlı qız özünü    binadan       atdı