Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanında səfərdədir.
Oxu24.com xəbər verir ki, Erməni KİV-lərinin məlumatına görə, Mirzoyan artıq səudiyyəli həmkarı şahzadə Faysal bin Fərhan Əl Səudla görüşüb. Krallığın yüksək səviyyəli rəsmiləri ilə digər görüşlər də planlaşdırılır.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanı və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında birbaşa aviareyslərin yaradılmasını, ticarət-iqtisadi, turizm, təhsil, informasiya sahələrində əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də dövlətlərin müdafiəsi məsələlərini müzakirə ediblər.
Ararat Mirzoyan səudiyyəli həmkarına Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesini, sülh müqaviləsi layihəsi üzrə danışıqları təqdim edib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR