Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10638
az

Azərbaycan Qarabağda Paşinyanın qorxduğu SSENARİYƏ QAYIDIR VƏ... - Nikolun 1 yolu var

09:2607 Mart, 2019
1115
QARABAĞ
  • A
 
Ermənistan baş naziri Nikol Paşinyan martın 5-də Brüsseldə Avropa Komissiyasının Avropa Siyasəti, Qonşuluq və Genişlənmə üzrə komissarı Yohannes Xanla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə qarşıdakı danışıqlarda Dağlıq Qarabağ konfliktinin həll formatını müzakirə edəcək.

Politoloq, sabiq diplomat Fikrət Sadıxov Publika.az-a müsahibəsində Ermənistanın baş nazirinin bu açıqlamasını şərh edib.

- Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə çıxış edərkən bildirib ki, İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin həll formatını müzakirə edəcək. Azərbaycan Xarici İşlər Nazirliyi isə Paşinyana cavabında bildirib ki, bu formatın həlli danışıqların ATƏT-in 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə təsdiq olunmuş formatını ATƏT üzv ölkələrinin konsensus qərarı olmadan dəyişmək qeyri-mümkündür. Bu durumda Azərbaycan Paşinyanla müzakirəyə gedəcəkmi?

- Paşinyan yenidən çabalayır və bu çabalamaq məcburiyyəti ondan irəli gəlir ki, ölkəsində ondan Azərbaycanla danışıqların məzmununu açıqlamaq tələb edirlər. Hətta Paşinyanı parlamentə də dəvət etmişdilər ki, gedib qarşı tərəflə hansı söhbətlər etdiyi haqqında hesabat versin. Digər tərəfdən, baş nazirin üçüncü tərəfi danışıqlara cəlb etmək haqqında dəfələrlə səsləndirdiyi fikirlər artıq puça çıxdı. Çünki xarici işlər nazirləri görüşür, Paşinyan özü Azərbaycanın dövlət başçısı ilə bir araya gələcək. Minsk qrupunun həmsədrləri də bəyan etdi ki, münaqişənin həll formatı dəyişilməməlidir. Paşinyan Brüsseldə olanda Mogerini birmənalı şəkildə bəyan etdi ki, danışıqlar formatı təsdiq olunan şəkildə davam etdirilməlidir. Dəyişikliyə ehtiyac yoxdur. Paşinyan da başa düşür ki, gec-tez danışıqlara məhkumdur. Azərbaycan tərəfinin də formatın dəyişdirilməsi haqqında müzakirələrə qatılmayacağına şübhəm yoxdur. Təşkilati məsələlərin müzakirə olunması artıq gündəmdən düşməlidir. Çünki bizim üçün hər şey aydındır. Biz bu dəyişikliklərə heç zaman getməyəcəyik. Təcrübə də göstərir ki, dünyanın aparıcı ölkələri, Minsk qrupunun həmsədrləri həll formatını bu cür qəbul edir. Paşinyan bu yolla getmək istəmirsə, bizim alternativ yolumuz var.



- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşü planlaşdırılır. Bu görüşdən də yeni bir şey gözləmək olarmı?

- Nazirlər bu zamana qədər bir neçə dəfə görüşüb. Mən düşünmürəm ki, nazirlərin görüşündə hansısa radikal dəyişikliklər qeydə alınsın. Çünki nazirlər, adətən, danışıqlar prosesində təkliflər hazırlamaq formatında danışıqları aparırlar. İnanmıram ki, nazirlərin növbəti görüşündə gözlənilməz təklif irəli sürülsün və yaxud Ermənistanın mövqeyi dəyişilsin. Sadəcə olaraq, Azərbaycan hər görüşdə Ermənistana təzyiqləri artırmalı və ona diqtə etməlidir. Diplomatik, siyasi təzyiqlərin səviyyəsi qaldırılmalıdır. Bizim bu istiqamətdə mövqeyimiz qəti olmalıdır.

- Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair tutduğu istiqamət Ermənistanı hara sürükləyəcək? Onun danışıqlardan qaçması və müxtəlif bəhanələr irəli sürməsi Ermənistan üçün hansı nəticələr doğuracaq?

- Paşinyan danışıqlara hazır deyil. Kompromisə getməyə, torpaqları azad etməyə isə heç hazır deyil. Çünki o, müəyyən eyforiya dalğasında hakimiyyətə gələn siyasətçidir. İndi birdən-birə Azərbaycanın torpaqlarını azad etməyə, sülh müqaviləsi imzalamağa qadir deyil. Paşinyan hakimiyyətdə olduğu bir neçə ay ərzində hiss etdi ki, onun danışıqlardan başqa yolu yoxdur. Ya danışıqlarda iştirak edib konkret razılığa gəlməlidir, ya da müxtəlif bəhanələr uyduraraq vaxt udmalıdır. Bir şəkildə buna hazır olmamağını gizlətməyə çalışmalıdır. Düşünürəm ki, Ermənistana təzyiqlər artırılmaqla təcrid vəziyyəti saxlanmalıdır. Azərbaycan silahlanmalıdır. Paşinyan vaxtilə demişdi ki, Azərbaycan onlara hədə-qorxu gəlir, onlar üçün təhlükəlidir. Biz də bu siyasəti davam etdirməliyik. Çünki Ermənistan başqa dildən anlamır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ