Amerika raketlərinin Filippində yerləşdirilməsi qlobal təhlükəsizlik üçün qara gün olacaq.
Oxu24.com xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
“Pentaqon tərəfindən orta mənzilli raketlərin yerləşdirilməsi beynəlxalq təhlükəsizlik üçün qara gün olacaq. Nəzərinizə çatdırım ki, INF-nin yerləşdirilməsinə Rusiya tərəfindən elan edilmiş birtərəfli moratoriumun aydın şərtləri var: biz bu cür sistemləri dünyanın heç bir regionunda Amerika istehsalı olan vasitələr görünməyənə qədər yerləşdirməyəcəyik”, - Antonov bildirib.
Rusiya səfiri əlavə edib ki, o, ABŞ-ı “Pandoranın qutusunu” açmamağa və qlobal sabitliyi təmin etmək üçün hər cür səy göstərməyə çağırır.
Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın INF Müqaviləsinin qadağan etdiyi silahları “kölgədən çıxardığını” bildirmişdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR