Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106331
az

Fransa Azərbaycanın artan nüfuzundan narahatdır

12:4717 Aprel, 2024
144
CƏMİYYƏT
  • A

Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi bir sıra ölkələri, başlıca olaraq Fransanı narahat edir. Fransanın illərlə həll edə bilmədiyi məsələni Azərbaycanın 44 gündə həll etməsi onlarda qıcıq doğurub. Azərbaycanın müharibədən qalib ölkə kimi çıxması, Ermənistanın məğlubiyyəti Makronun əsl simasını göstərdi. Məhz 44 günlük müharibədən sonra Fransanın həyata keçirdiyi anti-Azərbaycan mühiti formalaşdırmaq cəhdləri bunun bariz nümunəsidir.

Fransa həm Ermənistanı aşkar şəkildə silahlandırır, həm Rusiyadan uzaqlaşdırır, həm də Avropada Azərbaycan əleyhinə mühit formalaşdırır. Makron Cənubi Qafqazdakı vəziyyəti ələ almaq üçün Ermənistandan maksimum şəkildə istifadə edir. Ermənilərin başını yararsız silahlarla qatan Makron dildə sülhü dəstəklədiyini desə də, əməldə bunun tam tərsinə çalışır. Rəsmi Bakının da qeyd etdiyi kimi, Fransanın bu tərz addımları sülh prosesinə xələl gətirir.

Məlum olduğu kimi, Fransa Azərbaycandakı səfirini geri çağırıb. Makron dünən səfir Ann Buayonu qəbul edib. Fransa Xarici İşlər Nazirliyinin bəyanatına görə Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Fransanı narahat edən məsələlərdən biri Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi və ev sahibliyi etməsidir. Görünür, qalib ölkənin belə bir nüfuzlu tədbirə ev sahibliyi etməsi Makronda narahatlıq yaradıb.

Makronun Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımlarına, ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, Bakı hər zaman dialoq qapılarını açıq saxlayıb. Lakin, Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasına mane olub və vəziyyətin gərginləşməsinə çalışıb. Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib.

Rəsmi Bakı dəfələrlə Fransaya bildirib ki, bizimlə təhdid və təzyiq dili ilə danışmaq olmaz. Məhz XİN-in Fransaya bugünkü cavabında da qeyd olunub ki, Azərbaycan milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aldığımız yeni maşında zavod qüsuru olsa, nə etməliyik?
Dekabrın bu günlərində xüsusilə ehtiyatlı olun
3-6 aylıq kurs bitirib setfikatla iş tapmaq mümkündür? - VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO