Bolqarıstan xalqı Kukerlandia adlı antik dövrdən qalma bir ənənə zamanı qış aylarında gələn pis ruhları qovduğuna inanırlar.
Oxu24.com xarici mediaya istinadla bildirir ki, Bolqarıstanın Yambol şəhərində həyata keçirilən Kukerlandia festivalında xalq qışda ortaya çıxan pis ruhları yazın gəlişi ilə qovmağa çalışırlar.
Frakiya, Bolqarıstan və Yunanıstanda yaşayan traklar Tunca çayı yaxınlığındakı şəhər parkına yığılaraq qorxunc maskalar və zəng səsləri sayəsində pis ruhların uzaqlaşacağına inanırlar.
İştirakçılar “kuker” adı verilən əl işi maskalarla şouları münsiflərə bəyəndirməyə çalışırlar.
Türkiyənin Ədirnə şəhərində də qeyd olunan bu festival Makedoniya, Ruminiya və Yunanıstan kimi ölkələrdən çox sayda ziyarətçi gəlir.
Oxu24.com
ŞƏRHLƏR