Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106272
az

Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur

00:0416 Aprel, 2024
158
ŞOU-BİZNES
  • A

"Rusiya telekanalları Primadonnanın yubileyini qeyd etməkdən yekdilliklə imtina edib..."
 
İki yeni mahnı, Qalkindən hərarətli təbrik...
 

Rusiyanın məşhur müğənnisi, SSRİ xalq artisti Alla Puqaçovanın bu gün, aprelin 15-də 75 yaşı tamam olur.
 
OXU24.COM xəbər verir ki, bu barədə "showbiz.novyny.live" nəşri yazıb.
 
Yubiley ərəfəsində müğənni "Mən ağlayıram" adlı yeni mahnısını təqdim edib. Mahnının sözləri və musiqisi Rusiya musiqiçisi Leonid Aqutinə məzsusdur.
 
"VOİCE" jurnalı yazır ki, bu kompozisiya beş il öncə Aqutinin 50 illik yubileyinə yazılıb. Puqaçova bu mahnı ilə 2018-ci il noyabrın 8-də çıxış etməyi vəd edib. Lakin o zaman son məqamda bundan imtina edib, xəstəliyinə görə gələ bilməyəcəyi barədə məlumat verib.
 
Bu ərəfədə mahnının işıq üzü görməsini müğənninin konsert direktoru Yelena Çuprakova anons edib.
 
Bu gün Alla Borisovnanın daha bir "Həyat son dərəcə gözəldir" adlı yeni mahnısı işıq üzü görüb. 
 
Martın 1-də Alla Puqaçovanın "P.S." adlı yeni albomu dərc edilib. Buraya əsasən ötən illərin hitlərindən 20 mahnı daxil edilib. Bu albom 16 il ərzində müğənninin ilk albomudur.
 
Alla Borisovanı həyat yoldaşı, şoumen Maksım Qalkin yubileyi münasibətilə təbrik edib, müğəninin fotoşəkli altında bu sözləri yazıb: "Sevgilim, günün mübarək!"
 
Rusiyanın ən populyar müğənnisinə münasibət ölkəni parçalayıb. Kimsə əvvəlkitək Puqaçovanın istedadına dəyər verir, digərləri onu siyasi mövqeyinə görə bağışlaya bilmir.
 
Rusiya telekanalları ölkənin ən populyar estrada müğənnisinin yubileyini qeyd etməkdən yekdilliklə imtina edib.
 
Bunun səbəbləri bəllidir.
Birincisi, Primadonna çoxdandır ki, Rusiyanı tərk edib, hərçənd, vaxtaşırı qısa müddətə ölkəyə gəlir.
 
İkincisi, onun əri Maksim Qalkin çoxdandır ki, "xüsusi hərbi əməliyyata" qarşı öz mövqeyinə görə artıq xarici agent statusu alıb.
 
Üçüncüsü, Puqaçovanın özü müfalif baxışlarını gizlətmir. Hətta o dərəcədə gizlətmir ki, martın sonunda təhlükəsizlik və korrupsiya ilə mübarizə üzrə Federal layihənin rəhbəri Vitali Borodin Baş Prokurorluğa müğənninin xarici agent kimi tanınması ilə bağlı sorğu göndərib və bu prosedur artıq başlayıb. Ona görə də burada hər hansı yubiley tədbirlərindən söhbət gedə bilməz.
 
Amma cəmi beş il öncə Rusiya telekanalları Puqaçovanın 70 illik yubileyini qeyd edib. Birinci kanalda "Alla üçün hədiyyə" adlı, "Rusiya-1" telekanalında isə "Alla, doğum günün mübarək!" adlı konsert yayımlanıb.
 
Amma KİV-lərin məlumatına görə, yubiley konserti hər halda Rusiyada və İsraildə olmasa da, ər-arvadın yaşadığı və özlərinə ev aıdıqları Kiprdə baş tutacaq.
 
Məlumata görə, bayram tədbirlərinə 150-dən çox qonaq, o cümlədən Puqaçovanın qızı Kristina Orbakayte və "Çiçəklər" qrupunun lideri də dəvət alıb.
 
Bəlli olan həm də odur ki, Alla Puqaçova öz yubileyi şərəfinə İsrail və Baltikyanı ölkələrdə bir sıra konsertdən ibarət qastrol turu keçirmək niyyətindədir.
 
KİV-lər müğənninin əldə edəcəyi qonorarı da qeyd edib, bir konsertə görə o, 50 min avro əldə edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar Ağakişiyevə qarşı dələduzluq - İki şəxs tərəfindən aldadıldı
Zülfiyyə Xanbabayeva qızının böyük uğur qazandığını ELAN ETDİ -FOTO
Könül Xasıyeva əməliyyat olundu -FOTO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadını yaşadığı evdə qətlə yetirmək istəyən həmkəndlisi həbs edilib