Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106270
az

Tbilisidə polislə etirazçılar arasında TOQQUŞMA

23:1415 Aprel, 2024
147
  • A

Tbilisinin mərkəzindəki Rustaveli prospektində, parlament binasının qarşısında keçirilən aksiyanın təşkilatçıları iştirakçıları parlamentin binasını mühasirəyə almağa çağırıb. Bundan sonra iştirakçılar parlament binasının arxa tərəfinə keçməyə çalışıblar.

OXU24.COM  xəbər verir ki, mitinq iştirakçılarının sözlərinə görə, onlar bu yolla öz səslərini hakim komandanın üzvlərinə çatdırmaq istəyirlər.

 

Rustaveli prospektində hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub. Onlar toplaşanları dağılmağa çağıraraq əks halda qanuni tədbirlər tətbiq olunacağını bildiriblər.

 

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) etiraz aksiyasının iştirakçılarına müraciət edərək, onları azad toplaşmaq və ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb.

 

DİN-in müraciətində deyilir ki, hər hansı qanun pozuntusu dərhal polis tərəfindən qanun çərçivəsində aradan qaldırılacaq.

 

Əraziyə dəstək olaraq əlavə polis qüvvələri cəlb edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"
Moldovaya Dnestryanı problemi güc yolu ilə həll etməmək barədə xəbərdarlıq edilib
Konqres Trampı ABŞ seçkilərinin qalibi elan edib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var