Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106255
az

Voronej yaxınlığında baş verən qəzada 2 nəfər ölüb, 5 nəfər yaralanıb

20:1415 Aprel, 2024
67
  • A

Rusiyanın  Voronej vilayətinin Paninski rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.

 

Oxu24.com  xəbər  verir    ki,  bu   barədə  Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

 

Hadisə aprelin 15-də günorta saatlarında Kursk-Saratov yolunun 279-cu kilometrliyində baş verib.

 

“İlkin məlumatlara görə, “Land Rover” markalı avtomobili idarə edən sürücü qarşıdan gələn nəqliyyat vasitəsinə çıxıb və “Volvo” ilə toqquşub”, - deyə məlumatda bildirilir.

 

Qəza nəticəsində “Volvo”nun sürücüsü və “Land Rover”in sərnişini dünyasını dəyişib.

 

Bundan əlavə, Volvo-nun iki sərnişini, həmçinin Land Rover-in sürücüsü və iki sərnişini xəsarət alıb.

 

Hadisə yerində dövlət yol müfəttişləri işləyir, hadisənin bütün şəraiti aydınlaşdırılır.

 

Bundan əvvəl Xakasiyanın Prigorsk-Erbinskoye magistral yolunda baş verən qəzada 4-ü uşaq olmaqla 7 nəfərin xəsarət aldığı bildirilirdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İraqın şimalında 12 terrorçu zərərsizləşdirilib
Gürcüstanda bir neçə partiya parlamentin işini boykot edib
Rusiya XİN KTMT-nin 32 illiyi ilə bağlı məlumat yaydı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA