Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106248
az

Zelenski ABŞ vitse-prezidentinin tələbini rədd edib

19:4215 Aprel, 2024
163
DÜNYA
  • A

ABŞ-ın vitse-prezidenti Kamala Harris 2024-cü ilin fevralında Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Vladimir Zelenski ilə məxfi görüş keçirib və Kiyevdən Rusiyanın neft emalı zavodlarına hücumlardan çəkinməsini istəyib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Amerika administrasiyasındakı məlumatlı mənbələrə istinadən Washington Post yazır.


Ağ Ev rəsmiləri hesab edir ki, Rusiya neftayırma zavodlarına hücumlar qlobal enerji qiymətlərinin artmasına səbəb ola bilər və Rusiyanın Ukraynaya qarşı daha aqressiv hərəkətlərinə səbəb ola bilər.

 

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Harrisin xahişi Zelenskini və onun komandasını “qıcıqlandırıb”. Onların fikrincə, Ukrayna prezidenti ABŞ vitse-prezidentinin tövsiyəsinin Co Bayden administrasiyasının konsensus mövqeyini əks etdirib- əks etdirmədiyini yoxlamadan “kənara atıb”.

 

Sonrakı həftələrdə Vaşinqton Kiyevlə çoxsaylı söhbətlərində bu xəbərdarlığı təkrarladı. Xüsusilə, bunu mart ayında Kiyevə səfər edən Pentaqonun və ABŞ kəşfiyyatının yüksək rütbəli nümayəndələri, həmçinin prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib, WP yazır.

 

2024-cü ilin əvvəlindən Ukrayna pilotsuz təyyarələri Rusiyanın neft emalı zavodlarına və neft anbarlarına 10-dan çox hücum həyata keçirib.

 

Reuters agentliyinin məlumatına görə, 2024-cü ilin birinci rübündə Ukraynanın pilotsuz təyyarələrinin hücumları səbəbindən Rusiyanın ən azı yeddi neft emalı zavodu neft emalı gücünü bağlayıb.

 

Martın sonunda Zelenski bildirib ki, ABŞ Ukraynanın dronlarının Rusiyanın enerji infrastrukturuna hücumlarını dəstəkləmir.

 

Onun sözlərinə görə, ABŞ-ın buna reaksiyası “müsbət olmayıb”.

 

O, daha sonra qeyd edib ki, Qərb tərəfdaşları Ukrayna ərazilərinin atəşə tutulmasına cavab olaraq Rusiya infrastrukturuna bu cür hücumları dəstəkləməlidir.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp general-leytenantı Ukrayna üzrə xüsusi elçi təyin etdi
Qasırğa İngiltərədə nəqliyyatı iflic etdi
Polşa avrodan imtina edir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı