Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106245
az

İmtahan nəticələri elan olundu

18:5515 Aprel, 2024
138
CƏMİYYƏT
  • A

Aprelin 14-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Qafqazinfo”ya verilən məlumata görə, namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2764 namizəddən 46 nəfər imtahana gəlməyib.

İmtahan nəticələrinə əsasən, BA2 altqrupu üzrə 10 nəfər, BA3 altqrupu üzrə 28 nəfər, BA4 altqrupu üzrə 50 nəfər, BB1 altqrupu üzrə 43 nəfər, BB2 altqrupu üzrə 82 nəfər, BB3 altqrupu üzrə 167 nəfər, BB4 altqrupu üzrə 302 nəfər olmaqla, ümumilikdə 682 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün 2024-cü il aprelin 16-dan 29-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

- ali təhsil haqqında sənədin surəti;

- əmək kitabçasının surəti (olduğu halda).

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 16 aprel saat 10:00-dan 18 aprel saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Abşeronda körpə ürək çatışmazlığından öldü
Ən xoşbəxt insanlar həftə sonlarını necə keçirirlər?
Neçənci mərtəbədə yaşamaq daha münasibdir? – Həkim məsləhəti

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO