Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106227
az

Adəmin atasına 30 sutka həbs verildi

17:0915 Aprel, 2024
136
MANŞET
  • A

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.

Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Ağcabədi rayon sakini olan 9 yaşlı Adəmin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Bununla bağlı olaraq azyaşlının atası Sadiq Mirzəyev bir neçə dəfə polis şöbəsinə dəvət edilib.

Daha əvvəl Adəmin söyüş söydüyü videosunu paylaşan həmkəndlisi Samir Ələsgərov həbs edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səhərlər hiss edilən bu vəziyyət xərçəngin ilk əlaməti ola bilər
5 geyim rəngi uğur, sağlamlıq və pul cəlb edir
Kompotun faydaları


Oyun zamanı pişik nə etdi? - FOTO

18+

Deputat turisti zorladı
Bakıda faciə: Hamilə qadın əri ilə öldü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Çayı səhv dəmləyəndə bu ağır xəstəliyə düçar ola bilərik
Oğurluğa görə tutuldular