Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106203
az

Məşhur yazıçı VƏFAT ETDİ - FOTO

09:3915 Aprel, 2024
126
DÜNYA
  • A

Türkiyəli məşhur rejissor və yazıçı Mesut Kara 63 yaşında vəfat edib.

OXU24.COM  xəbər verir ki, 2008-ci ildə qan laxtalanması nəticəsində qismən iflic olan və zaman-zaman artan sağlamlıq problemləri ilə mübarizə aparan Kara, keçən il infarkt keçirərək reanimasiyaya yerləşdirilib. Uzun sürən müalicələrə baxmayaraq, yazıçı ötən gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1961-ci ildə İstanbulda anadan olan Mesut Kara 15 ildən çox kino yazıçısı olub. Reklam sahəsində bədii rəhbər vəzifəsində çalışıb və televiziya üçün kino proqramları hazırlayıb.

Mətn müəllifi və rejissoru olduğu "Erkan Yücel" sənədli filmindən əlavə, onun "Sənətçi Kahvesi", "Yeşilçamda unudulmaz simalar", "Pendikli illəri və kino xatirələri", "Sinema və 12 sentyabr" adlı 5 əsəri işıq üzü görüb.

Bir çox jurnallarda yazıçı və redaktor işləyən Kara, "Show TV"də yayımlanan "CineShow" kino proqramında məsləhətçi kimi çalışıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
Türkiyə XİN-dən Omanda məscidə edilən silahlı hücumla bağlı AÇIQLAMA
ABŞ məhkəməsi ermənipərəst senator barədə QƏRAR VERDİ

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO