Bakıda xarici ölkə vətəndaşı qəfil ölüb.
Səbail Rayon Prokurorluğundan verilən məlumata görə, martın 5-də Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 3 ünvanında yaşayan, 1930-cu il təvəllüdlü Birləşmiş Krallıq vətəndaşı Joan Margaretin yaşadığı ünvanda ailə üzvlərinin yanında ölməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Baxış zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Meyit daxili müayinə üçün Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.
{banner_reklam1}
Oxu24.com
ŞƏRHLƏR