Amerikalı milyarder Devid Saks X sosial şəbəkəsində respublikaçı senator Mitt Romninin Ukraynaya yardımla bağlı sözlərini tənqid edib.
OXU24.COM xəbər verir ki, senator vurğulayıb ki, Kiyevə silah verilməsi Rusiya-Ukrayna münaqişəsinin gedişatını dəyişməyə bilər, lakin bu edilməsə, o zaman mütləq dəyişəcək.
“Mümkün olan ən zəif arqument. Siz Ukraynanın qalib gələcəyini belə deyə bilməzsiniz”, - Saks bildirib.
Bundan əvvəl “The Hill” Respublikaçı və Demokrat partiyalarındakı mənbələrə istinadən yazıb ki, ABŞ Nümayəndələr Palatası gələn həftə Ukraynaya dəstək üçün maliyyə ayırmağı davam etdirmək variantlarını nəzərdən keçirə bilər.
Konqresin Aşağı Palatasının spikeri Mayk Conson bu məsələni qanunvericilərin müzakirəsinə çıxarmağa hazırdır.
Qeyd olunur ki, xarici müttəfiqlərə, o cümlədən Ukrayna, İsrail və Hind-Sakit okean regionunda ABŞ tərəfdaşlarına kömək üçün maliyyə ayrılması təşəbbüsü gələn həftənin əvvəlində təqdim oluna bilər.
Bundan əvvəl Zelenski Ukraynanın hərbi əməliyyatları Rusiya Federasiyası ərazisinə keçirməsinə mane olduğunu bildirib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR