Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106156
az

İranın atdığı raketlər İsrail ərazisinə çatmayıb - RƏSMİ

10:4314 Aprel, 2024
129
DÜNYA
  • A

İranın atdığı raketlər və hücum pilotsuz təyyarələri İsrail ərazisinə çatmayıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə İsrailin N12 telekanalı məlumat yayıb.

 

"Bütün pilotsuz təyyarələr üçüncü ölkələrin əraziləri üzərində vurulub", - jurnalistlər qeyd edirlər.

 

Telekanal yalnız bir neçə ballistik raketin laylı hava hücumundan müdafiə  sistemini üstələyə bildiyini vurğulayıb.

 

Bundan əvvəl İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir İsrail ordusunun ölkəni İranın hücumlarından müdafiə etmək səylərini yüksək qiymətləndirib və Tehranın hərəkətlərinə ciddi hərbi cavab verməyə çağırıb.

 

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib ki, İran İsrail ərazisinə 200-dən çox raket və pilotsuz uçuş aparatı atıb.

 

İranın müdafiə naziri Məhəmməd Rza Aştiani İslam Respublikasına hücum etmək üçün İsrailə öz hava məkanını və ya ərazisini verən istənilən ölkəyə sərt cavab veriləcəyi ilə hədələyib.

 

Bundan əvvəl ABŞ Konqresi Vaşinqtonu İsrailə hücumlardan sonra İrana zərbə endirməyə çağırmışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“İzvestiya”nın redaktoru müharibədə öldü
Paşinyan təcriddən çıxır: Test mənfidir
Maşını kütlənin üzərinə sürərək 35 nəfəri öldürən şəxsə bu cəza verildi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır