Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106107
az

Yanıb ölən şəxs görün kimin oğlu imiş

14:1813 Aprel, 2024
852
REDAKTORUN SEÇİMİ
  • A

Gəncədə evdə baş verən yanğında ölən 1966-cı il təvəllüdlü Kamil Quliyev Daşkəsən rayonunun keçmiş prokuroru mərhum Nəbi Quliyevin oğludur.

 

"Report"un Qərb bürosunun məlumatına görə, Kamil Quliyev evdə tək yaşayırmış və səhhətində problemlər olub.

 

Quliyevlər əslən Kəlbəcər rayonundandırlar.

 

Qeyd edək ki, Gəncə şəhərində ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 m² sahədə yanıb.

 

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub.

 

Yanğın söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnfarktın başladığını göstərən 7 VACİB ƏLAMƏT
Onların maaşı 40 faiz artdı
Əhali ən çox bu internet provayderindən şikayət edir