Rusiya İstintaq Komitəsinin paytaxt üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti xəbər verir ki, Moskvanın Keramiçeskiy proezdindəki yaşayış binalarından birində mənzildə bıçaq xəsarəti olan qadın meyiti tapılıb.
Oxu24.com xəbər verir ki,“1969-cu il təvəllüdlü qadının qarın nahiyəsindən bıçaq yarası şəklində zorakı ölüm əlamətləri olan meyiti aşkar edilib”, - məlumatda deyilir.
İdarədən verilən məlumata görə, hazırda hadisə yerində kriminalistlər və müstəntiqlər işləyir və hadisənin bütün hallarını müəyyənləşdirirlər.
Bundan əvvəl xəbər verilmişdi ki, aprelin 3-də Moskvanın şimal-qərbində sakin bıçaqla öldürülüb.
Hücumçu bıçaqlı silahla qadına azı 6 zərbə endirib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR