Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106072
az

Pentaqon: ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

23:1112 Aprel, 2024
62
DÜNYA
  • A

Oxu24.com  xəbər  verir  ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü RİA Novosti-yə bildirib ki, Birləşmiş Ştatlar Yaxın Şərqə orada yerləşən qoşunların mühafizəsini təmin etmək üçün əlavə qüvvələr göndərir.

 

"Biz regional çəkindirmə səylərini dəstəkləmək və ABŞ qoşunlarının təhlükəsizliyini gücləndirmək üçün bölgəyə əlavə qüvvələr yerləşdiririk", - Pentaqonun sözçüsü bildirib.

 

O qeyd edib ki, hazırda ABŞ Müdafiə Nazirliyində başqa məlumat yoxdur. Hərbi rəsminin şərhləri İranın İsrailə mümkün hücumu ilə bağlı narahatlıqlar fonunda verilib.

 

Bundan əvvəl Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, Vaşinqton İranın İsrail ərazisinə zərbə endirmə təhlükəsini “real” kimi qiymətləndirir.

 

Bundan əlavə, The Wall Street Journal İsrailin yaxın 48 saat ərzində İrandan zərbə gözlədiyini yazıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İtaliya silahlarından Rusiyaya atəş açmağa icazə vermədi
Berlin polisi Rusiya bayraqları və Müqəddəs Georgi lentlərindən istifadəni qadağan edib
Argentinada Rusiya vətəndaşı Çurkinin Ukraynaya ekstradisiyası ilə bağlı məhkəmə prosesi başlayıb

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı