Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb.
OXU24.COM RegionXəbərləricom.az-a istinadən xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü Səma Süleymanlı və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı Səma suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.
Hazırda onların axtarışları davam edir.
Oxu24.com
ŞƏRHLƏR