Abşeronda 23 gün əvvəl avtomobilin vurduğu şəxs bu gün vəfat edib.
OXU24.COM xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə martın 20-də Ceyranbatan qəsəbəsində qeydə alınıb. "Opel" markalı avtomobil yolu keçən piyada, 1975-ci il təvəllüdlü Şirvan Hüseyn oğlu Qasımovu vurub. Xəsarət alan piyada Bakıda xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR