Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106050
az

15 saniyəyə qanaxmanı dayandıran vasitə hazırlandı

17:0812 Aprel, 2024
378
  • A

Moskva və Ryazan Dövlət Tibb Universitetinin alimləri qanaxmanı 10-15 saniyəyə dayandıra bilən hialuron turşusunun modifikasiyası əsasında “ComboSpas” vasitəsi hazırlayıblar.

TASS xəbər verir ki, hazırda yeni vasitə ilə bağlı ilkin sınaqlar aparılıb, patent üçün ərizə verilib.

“Moskva və Ryazan Dövlət Tibb Universitetinin tədqiqatçıları qrupu suyu bağlamaq qabiliyyəti ilə tanınan hialuron turşusunun modifikasiyası əsasında qanaxmanın dayandıran (hemostatik) vasitə hazırlayıblar. Tədqiqatçılar tərəfindən əldə edilən aktivləşdirilmiş formada, o, qan plazmasında suyu sürətlə udur və şəlaləli laxtalanma reaksiyasını işə salır, nəticədə qanaxma unikal qısa müddətdə - 10-15 saniyədə dayanır”, - agentliyin məlumatında bildirilib.

Qeyd edək ki, indi tez-tez istifadə olunan vasitələr ən azı 2,5 dəqiqə ərzində qanaxmanı dayandırır. Alimlərin yeni kəşfı ilkin sınaqlardan keçib və yaxın gələcəkdə rəsmi sınaqların keçirilməsi planlaşdırılır. 

Materialın ən mühüm xüsusiyyətlərindən biri də onun antiseptik təsiridir. Bu isə məhsuldan həm klinikalarda, həm də müxtəlif xəsarətlər, o cümlədən müxtəlif mikroorqanizmlərin yaraya daxil olması ilə xarakterizə olunan yol qəzaları və qəlpə yaraları üçün səmərəli istifadə etməyə imkan verir. Yeni vasitənin yüksək “yapışdırıcı” xüsusiyyətə malik olması isə onun fövqəladə hallarda istifadəsini asanlaşdırır. Bu xüsusiyyəti “ComboSpas”ın cərrahi praktikada istifadəsi üçün də geniş imkanlar açır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabahın havası
Razyana çayının faydaları
Mehriban Əliyevadan Yeni illə bağlı paylaşım - Foto

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qardaşlardan biri davada öldürüldü