Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106022
az

Rusiya və Türkiyə rəsmiləri danışıq aparır

22:0611 Aprel, 2024
152
  • A

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç qlobal səviyyədə ərzaq təhlükəsizliyinin təmin edilməsi kontekstində keçirilən görüşdə kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına maneəsiz çıxışı məsələlərini müzakirə ediblər.

 

Oxu24.com  xəbər  verir   ki,  bu   barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib

 

“Qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi kontekstində kənd təsərrüfatı məhsullarının və gübrələrin dünya bazarlarına maneəsiz çıxışı məsələləri müzakirə edilib”, - XİN-in bəyanatında deyilir.

 

Bundan əlavə, məlumatda deyilir ki, tərəflər Fələstin-İsrail münaqişəsi zonasında mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda, bu məsələnin Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının platformalarında nəzərdən keçirilməsi xüsusi vurğulanıb. Hər iki tərəf təcili və genişmiqyaslı atəşkəs və humanitar səylərin artırılmasının zəruriliyi ilə bağlı razılığa gəlib.

 

Bundan əvvəl Türkiyənin yeni Rusiya orbital stansiyasının (ROS) yaradılması layihəsində iştirak etmək üçün ərizə təqdim etdiyi bildirilirdi.

 

Bundan əvvəl Rusiya dost ölkələrdə ödənişdən imtina hallarının artdığını qeyd edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Hələbin şərqində baza quracaq? - Pentaqon açıqladı
Leninqrad vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus daha bir pilotsuz uçuş aparatı vurulub
Bayden ABŞ şelfində neft qazmalarını məhdudlaşdıracaq

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Bakıda avtomobil partladı -Xəsarət alan var