Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10601
az

Evdə saxladığı şir çexiyalını parçaladı

10:2406 Mart, 2019
691
DÜNYA
  • A
 
Çexiya Respublikasının şərqində Mixal Prasek adlı sakin həyətində qəfəsdə saxladığı şir tərəfindən parçalanıb.

Bu barədə BBC məlumat yayıb.

Hadisə qurbanı cütləşdirmək üçün öz evinin həyətində erkək və dişi şir saxlayıb.

Prasekin cansız bədəni evindəki qəfəsin içində aşkarlanıb. Qəfəsin içəridən bağlı olduğu bildirilir. Hadisə yerinə gələn polis əməkdaşları hər iki yırtıcını zərərsizləşdirib.  

33 yaşlı Zdexov kənd sakini olan Prasek erkək şiri 2016-cı ildə, dişini isə ötən il alıb. Hər ikisini evin həyətində xüsusi qəfəsdə saxlayıb.

Bir müddət əvvəl o şirləri qanunsuz yolla çoxaltdığına görə cərimələnib. Onun evində şir saxlaması qonşularının da narahatlığına səbəb olub. Lakin məhkəmə qərarı olmadan müvafiq qurumların əməkdaşlarını evinə buraxmaqdan imtina etdiyindən, şirləri zooparka aparmaq mümkün olmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”
Yüzlərlə insan İsraili tərk etməyə çalışır - VİDEO
Ərdoğan qardaşı oğlunun toyunda - FOTO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”