Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10600
az

Gözlərimizi kor olmaqdan belə qoruyaq - 8 məsləhət

10:2206 Mart, 2019
1004
CƏMİYYƏT
  • A
 
Gözlərin qızarması qeyri-estetik olmaqla yanaşı, ağrılı və narahatlıq yaradan haldır. Bu zaman gözlər  qaşınır, sulanır və əksinə quruyur.

Bəs, bu əlamətlərdən necə yaxa qurtarmaq olar? Mütəxəsisslər bildirirlər ki, qızarmış gözlər sağlam ola bilməz.

Oxu24.com  Medicina.az-a istinadən göz qızartılarını aradan qaldırmaq üçün ən faydalı üsulları təqdim edir:

1. Sutkada 8 saat yatın

Gözlərin istirahət etməsi və parlaması üçün normal yatmaq tələb olunur. Axşam tez yatmaq yalnız beyin üçün deyil, həm də gözlər üçün xeyirlidir.

2. Gözlərə toksik maddələrin təmasından uzaq durun

Boya, rəng, tüstü, kimyəvi maddələrin buxarı kimi maddələr gözlərə zərər verərək,  iltihablaşmasına səbəb olur. Buna görə də kimyəvi maddələrlə işləyən zaman gözləri maksimum dərəcədə qorumaq lazımdır.

3. Eynək taxın

Eynək yalnız yay aylarında gözləri günəşdən qorumaq üçün nəzərdə tutulmayıb. Qış aylarında da günəşli havalarda mütləq eynək taxmaq lazımdır. Eynək gözləri yalnız günəşdən deyil, həm də tozdan və küləkdən qoruyur.

4. Keyfiyyətli kosmetikadan istifadə edin

Gözlərin qızarması allergik reaksiyaların siqnalı, allergiyanın səbəbi isə keyfiyyətsiz kosmetika ola bilər. Göz ətrafı üçün olan bir çox kremlər də gözlərin allergiyasına səbəb olur.

5. Kontakt linzalara düzgün qulluq edin

Əgər kontakt linzalardan istifadə edirsinizsə, o zaman ona düzgün qulluq edin. Onların təmizlənməsi zamanı linzaları lazım olan vaxtda çıxarın. Linzalardan ehtiyatsız istifadə gözlərin infeksiyalaşmasına səbəb ola bilər.

6. Kompüterdən düzgün qaydada istifadə edin

Kompüterdə işləyən zaman hər 10 dəqiqədən bir fasilə verin. Fasilə zamanı bir müddət uzağa baxın və ya göz gimnastikası edin. Monitora baxarkən çalışın ki, gözlərinizi tez-tez qırpasınız. Bu, gözləri qurumaqdan qoruyacaq.

7. Göz damcılarından istifadə edin.

Qızarmış və yorğun gözlər üçün ən yaxşı vasitə təbii göz yaşını xatırladan göz damcılarıdır. Ən çox da gözlər iltihablaşan zaman bu vasitələrdən istifadə edin. Bu zaman gözlərinizin rahatladığını hiss edəcəksiniz. Bu vasitələr həm də profilaktik təsir də göstərir.

8. Gözlər üçün kompres

Buz və soyuq kompreslər gözlərin təravətini özünə qaytarır və damarların iltihabını götürür. Bundan əlavə, çobanyastığı çayı, cökə və adi qara çayla kompres yaxşı təsir edir. Bu cür tonuslaşdırıcı prosedurlar gözlərin yorğunluğunu və qıcıqlanmasını aradan qaldıracaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
“Məşədi Dadaş”ın imamını öldürmək istəyənə- Ağır cəza