Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1060
az

Dinşünas alim: “Siğə də edə bilərsən, bir neçə arvadın, aşnan da ola bilər”

17:0825 Aprel, 2018
1568
MÜSAHİBƏ
  • A
 Ailem.az fəlsəfə elmləri doktoru, dinşünas alim Aydın Əlizadənin modern.az-a müsahibəsini ixtisarla təqdim edirik.
 
- Bir açıqlamınızı gördüm, kifayət qədər qalmaqal yaratmışdı. Demişdiniz ki, kimin imkanı yoxdursa evlənməsin, uşaq doğmasın.
 
- O fikirlərim təhrif olunmuşdu. Mən sonra jurnalistlərə dedim ki, düz etmirsiniz. Birincisi mən o ifadələri öz Facebook səhifəmdə yazmışdım. Bura mənim şəxsi səhifəmdir. Mən istədiyim şeyi yazaram. O zaman biri mənə şikayt etmişdi ki, dolana bilmir, ailəsi də var. Mən də dedim ki, evlənəndə pulun var idi? Dedi yox, həmişə kasıb olub. Mən də bunu əsas tutub sosial şəbəkədə fikirlərimi yazmışdım.
Jurnalistlər də onu kontekstdən çıxarıb yaymağa başladı. Bir neçə dəfə belə hal olub. Birincisi jurnalistin ixtiyarı yoxdur ki, mənim icazəm olmadan şəxsi səhifəmdən hansısa məsələni kontekstdən çıxarıb yaysın. Siz razı olarsınız?
 
- Gəlin belə danışaq, müəyyən elmi statusunuz var və ictimai şəxssiniz. Bu mənada jurnalistləri başa düşmək olar.
 
- Bu, mənim şəxsi səhifəmdir axı!
 
- ABŞ prezidenti Donald Tramp Facebook hesabında nəsə yazır. Jurnalistlər ondan xəbər düzəltməli deyil?
 
- Mən prezident  deyiləm. Yaxşı, başa düşdüm, sizinlə razı oldum (Gülür). Yaxşı heç olmasa, fikirlərimi kontekstdən çıxarmasınlar da!
 
- Bu məsələdə də mən sizinlə razılaşdım. Yaxşı, bəs pulsuzlar, kasıblar evlənməli deyilmi?
 
- Xeyr. Niyə evlənirlər ki? Özlərini dolandıra bilmirlər, durub evlənirlər! Yaxşı imkanın yoxdur, hələ bir arvad da alırsan. Sonra nə olacaq? Hələ uşaq da doğulacaq. Onları saxlamaq var axı! Evlənmək üçün heç olmasa 2 nəfəri saxlamaq gücündə olmalısan.
 
- 2 nəfəri?
 
- Heç olmasa, ən azı 2 nəfəri.
 
- Deyəsən, İslamın da bəyəndiyi çoxarvadlılığa haqq qazandırısınız.
 
- Təkcə, İslam baxımından yox, ümumiyyətlə, qadınla kişinin sərbəst münasibətlərinin tərəfdarıyam. Niyə də olmasın! İslamda var ki, siğə etmək olar. Sənin imkanın varsa, bir neçə arvadın, ya da aşnan ola bilər. Elə bilirsiniz ki, Avropada belə deyil?! Orada da belə şey var.
 
- Aşna demədim, çoxarvadlılığı nəzərdə tutdum.
 
- Nə fərqi var, aşna da elə nikahdır da. Fərqi nədir ki, sən o adamla münasibətdəsənsə, bu da özünə görə nikahdır da! Mütləq deyil ki, kağız üzərində nikah yazılsın.
 
- Demək istəyirsiniz ki, çoxarvadlılıq və aşna saxlamaq yaxşı bir şeydir?
 
Nə yaxşı, nə də pis. Hər adamın şəxsi işidir. Bu, ayıb şey deyil ki! Mənim bir arvadım var, istəyərəm ikinci də olar, üçüncü də! Ya da aşna. Aşnam varsa, bu, mənim şəxsi işimdir. Bunun kimə dəxli var? Bu, mənim əxlaqsızlığım da deyil. Kimin nə haqqı var ki, aşnam olduğuna görə mənə əxlaqsız desin?
Mən bəlkə də çox mədəni adamam, heç kimin xətrinə dəymirəm. Sadəcə mənə bir arvad kifayət deyil, mənə 2, 3 qadın lazımdır. Burada ayıb bir şey yoxdur.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Qardaşım İran məni erməniyə satdı” - Allahşükür Paşazadə danışır+Video
“Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva: “Etdiyimiz gözəl əməllər bizə geri qayıdır”
Polad Həşimovun xanımı:

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır