Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105997
az

Novxanıda yolda qoyun otaran şəxs həbs edildi

14:4511 Aprel, 2024
204
CƏMİYYƏT
  • A

Abşeron rayonu, Novxanı qəsəbəsində magistiral yolda qoyun otaran şəxs saxlanılıb. 

 

Oxu24.com  xəbər  verir   ki,Qaynarinfo-nun məlumatına görə, 1983-cü il təvəllüdlü Elvin Cəfərov (ad-soyad-şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilib və iş məhkəməyə göndərilib. 

 

Məhkəmədə məlum olub ki, polislər Elvinin Novxanı qəsəbəsində avtomobil yolunun üzərində qoyun otardığını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib və ona etdiyi əməlin inzibati xəta olduğunu deyərək irad bildiriblər.

 

Həmin şəxs isə polislərə özü haqqında heç bir məlumat verməyəcəyini deyib və aqressiv hərəkətlər edib. 
 

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hadisə günü spirtli içki qəbul etdiyini və əsəbi olduğunu vurğulayıb.

 

Əməlindən peşman olduğunu deyib və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib. 

Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün həbmüddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunub. 

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"
Azərbaycan elminə ağır itki baş verdi
Cinayət işi açıldı

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb