Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105965
az

"Ermənistanı itirən Rusiya yox, Rusiyanı itirən Ermənistan oldu"

10:0211 Aprel, 2024
286
SİYASƏT
  • A

"Moskva ilə İrəvan arasında münasibətlər bundan sonra əvvəlki kimi olmayacaq".

OXU24.COM  xəbər verir ki, Rusiya Beynəlxalq Əlaqələr Şurasının politoloqu və eksperti Aleksey Naumov NEWS.ru-ya müsahibəsində belə güman edib.

Onun sözlərinə görə, bu, hətta yaxşıdır, çünki Ermənistanın Rusiyanın siyasi həyatındakı mühüm rolu Rusiya Federasiyasına yalnız ziyan vurub.
 

"Ermənistanı itirən Rusiya yox, Rusiyanı itirən Ermənistan oldu. Əminəm ki, İrəvan bundan yaxşı nəticə əldə etməyəcək. Düşünürəm ki, yaxın gələcəkdə biz bu mənzərənin balanslaşdırılmasını, Azərbaycanla daha sıx münasibətlərə keçidin şahidi olacağıq. Bu, yalnız Moskva, Bakı üçün deyil, bütövlükdə region üçün daha yaxşı olacaq", - Naumov bildirib.

Eyni zamanda, politoloq qeyd edib ki, Rusiya hələ də Ermənistanı hesabdan silməyib və onunla münasibətləri saxlamağa çalışır. O, həmçinin Rusiya Federasiyası ilə Gürcüstan arasında münasibətlərin tədricən yaxşılaşmasına diqqət çəkib. Ekspertin fikrincə, bu, Moskva üçün yaxşı siqnaldır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onu bu sözlərinə görə Nazarbayev də "peşman" etmişdi
"Kiçik məqsədlər uğur gətirməz" - Dünyanın ən zəngin adamlarından 20 sitat
Qərb Cənubi Qafqazı yenidən alov topuna döndərməyi planlaşdırır

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı

20 yaşlı gənci maşın vurdu