Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105958
az

İsraildən ŞOK ZƏRDƏ! - Qəzzadan dəhşətli xəbər

23:4710 Aprel, 2024
2695
REDAKTORUN SEÇİMİ
  • A

İsrailin Qəzza şəhərinin qərbindəki Əl-Şati Qaçqın Düşərgəsində hərəkətdə olan avtomobili hədəf alması HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin üç oğlu və bir neçə nəvəsi həyatını itirib.

 

Oxu24.com  xəbər  verir  ki, Şahidlərdən alınan məlumata görə, İsrail Əl-Şati Qaçqın Düşərgəsinin sakinləri və yaxınları ilə Fitr bayramını qeyd etməyə gedən Haniyə ailəsinin çoxlu üzvlərinin olduğu avtomobili hədəfə alıb.

 

 

 

Hücum zamanı Haniyənin ailəsi də daxil olmaqla avtomobildə olan hər kəsin yaralandığı və ya həyatını itirdiyi bildirilib.

 

Türkiyə  Prezidenti  Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.

 

Ərdoğan İsrailin hücumunda üç övladı və üç nəvəsinin həlak olması ilə bağlı Haniyəyə başsağlığı verib. 

 

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 500-ü uşaq, 9 min 560-ı qadın olmaqla 33 min 560 fələstinli həlak olub, 75 min 933 nəfər isə yaralanıb.

 

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

 

 

Miri

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib
Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı