Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105940
az

Taksilərlə bağlı YENİ QƏRAR – “E-taksi”də hansı yeniliklər olacaq?

20:1910 Aprel, 2024
78
CƏMİYYƏT
  • A

Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb. Operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimində həmin sistemə ötürüləcək. 

Bununla yanaşı ərazidə fiziki olaraq AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartları yoxlanılacaq. Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək. 

Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu addım taksi sahəsində daha sistemli xidmətin təqdim olunmasına gətirib çıxaraq:

“Elektron taksi sisteminin fəaliyyətə başlaması xüsusən sərnişin daşımada fəaliyyət göstərəcək fiziki və hüquqi şəxslərin bu prosesdən yararlana bilməsi və alt sistemə daxil olması nəzərdə tutulub. Yəni sərnişin daşıma ilə məşğul olacaq fiziki və hüquqi şəxslər portal vasitəsi ilə xüsusi olaraq bir mexanizm halında, necə deyərlər, format şəklində fəaliyyət göstərə biləcəklər. Eyni zamanda bu sahə dövlətin nəzarətində olacaq. İstər sürücü, istər avtomobil, istərsə də digər elementlərə nəzarət ediləcək”. 

Ekspert taksilərdə daha əvvəl özünü göstərən problemlərin artıq tədricən aradan qalxacağını diqqətə çatdırıb:

“Bu baxımdan əvvəlki narazılıqlar, narahatlıqlar bir daha təkrar olunmayacaq. Ona görə ki, burada əsas mahiyyət gələcəkdə fəaliyyət göstərəcək şirkət və şəxslərin sürücüləri, nəqliyyat vasitələri haqqında məlumat bir baza şəklində öz əksini tapacaq. Hansısa şirkətdən və fərddən asılı olmayaraq, bu proseslər göz önündə olacaq. Düzdü, burada müəyyən rüsumlar, ödənişlər var. Amma biz buna daha optimist yanaşsaq, görərik ki, köhnə sistem narahatlıq yaradırdı. Ancaq yeni sistemdə bu cür problemlər demək olar ki, aradan tam qaldırılacaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər
Küçə bazarı: İsti havalarda bunlara mütləq diqqət edin – MÜTƏXƏSSİS DANIŞDI

Günəşdə 10 güclü alışma baş verib

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı