Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105933
az

İsveçrədə Ukrayna üzrə Sülh Sammiti keçiriləcək

18:2110 Aprel, 2024
156
DÜNYA
  • A

İyunun 15-16-da İsveçrədə Ukraynada müharibəyə son qoymaq üçün yüksək səviyyəli sülh sammiti keçiriləcək.

 

Oxu24.com  xəbər  verir   ki, Bern bildirib ki, o, “Rusiyanın sülh prosesində iştirakı üçün konkret yol xəritəsi” yaratmağı hədəfləyəcək.


Qeyd edildiyi kimi, Rusiya sammitdə iştirak etməyəcək. Eyni zamanda, İsveçrə hökuməti “ümid etdiyini bildirib ki, Rusiya nümayəndələri nə vaxtsa Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması müzakirəsinə qoşula biləcəklər”, -   deyə  AP agentliyi   bildirib.

 

İsveçrə və Ukrayna yanvarın ortalarında qlobal sülh sammiti keçirməyi planlaşdırdıqlarını açıqlayıb. İki ölkənin prezidentləri Viola Amherd və Vladimir Zelenski Berndə keçirilən görüşdə yaxın vaxtlarda bu tədbirə hazırlığa başlamaq niyyətində olduqlarını bildiriblər. Lakin sammitin dəqiq tarixi açıqlanmayıb.

 

Eyni zamanda, Zelenski Ukraynaya işğalını davam etdirən Rusiyanı görüşə dəvət etmək planının olmadığını açıqlayıb.

 

O qeyd edib ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bütün dövlətlər orada iştiraka dəvət olunacaqlar.

 

İsveçrədəki qlobal sülh sammiti 2023-cü ildə Danimarka, Səudiyyə Ərəbistanı və Maltada, həmçinin 2024-cü il yanvarın 14-də Davosda keçirilmiş Ukraynada sülhün nizamlanmasına dair dörd əvvəlki konfransa bənzər formatda keçiriləcək.

 

Sonradan məlum olub ki, Ukrayna Çin lideri Si Cinpini İsveçrədə keçiriləcək sülh sammitinə dəvət edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp general-leytenantı Ukrayna üzrə xüsusi elçi təyin etdi
Qasırğa İngiltərədə nəqliyyatı iflic etdi
Polşa avrodan imtina edir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı