Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105850
az

Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb

14:2309 Aprel, 2024
226
CƏMİYYƏT
  • A

Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verməyə davam edir.

Aparılmış birgə işlər nəticəsində SİMA yeni nəsil rəqəmsal imza Ədliyyə Nazirliyinə məxsus “Mobil notariat” tətbiqinə uğurla inteqrasiya olunub. Artıq vətəndaşlar tətbiqə digər giriş imkanları ilə yanaşı, “SİMA İmza” ilə də daxil ola bilərlər.

“Mobil notariat”a “SİMA İmza” ilə giriş etmiş vətəndaşlar tətbiqdə müxtəlif növ etibarnamə, ərizə və müqavilənin elektron formatda rəsmiləşdirilməsi, şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin mobil telefonda saxlanılması, sənədin qüvvədən düşməsi barədə bildirişin dərhal alınması, notariat sənədlərinin həqiqiliyinin və vərəsəlik işlərinin açılıb-açılmamasının yoxlanılması, respublika ərazisində fəaliyyət göstərən bütün notariat ofisləri və notariuslar barədə məlumatın əldə edilməsini onlayn şəkildə həyata keçirə, eləcə də ölkədəki bütün notariat ofislərinin 360 dərəcə görüntüsünü izləyə bilirlər. Həmçinin tətbiqdə notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün ödənilməli vəsaitin məbləğləri, tələb olunan sənədlər və notariat əməliyyatında iştirak etməli şəxslər barədə ətraflı məlumatlar yerləşdirilib.
Qeyd edək ki, “SİMA İmza”nı əldə etmək üçün heç yerə getməyə ehtiyac olmadığından vətəndaşlar notariat xidmətlərini istənilən an istənilə yerdə mobil telefonla əldə etmiş olurlar.
“SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. Azərbaycan vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər olduqları yerdən elektron xidmətlərdən yararlanırlar. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.

Mobil tətbiqi yükləməklə əldə olunan “SİMA İmza” vətəndaşlar üçün tam pulsuzdur.

SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi Bakıdan Qərb ölkələri səfirlərinin bəyanatına sərt REAKSİYA
"Qarabağ"ın veteran futbolçusu vəfat etdi
Sərnişinlər "28 May"da qatardan düşürüldü - Metroda nə baş verir? -YENİLƏNDİ

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib