Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10583
az

Temperatur yüksəldikcə suçiçəyinə yoluxma... - Səhiyyə Nazirliyi

19:2205 Mart, 2019
583
TİBB
  • A
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma ilə bağlı mövcud olan vəziyyəti dəyərləndirib.

Oxu24.com bildirir ki, RGEM-in direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, Azərbaycanda suçiçəyi xəstəliyə yoluxma hallarında artım müşahidə edilmir. Hazırda bu xəstəliyə yoluxma tək-tək hallarda qeydə alınır:

"Hesab edirəm ki, yoluxma halları ötən ilin müvafiq dövrü ilə müqayisədə hətta azdır. Suçiçəyinə yoluxma halları qeydə alındığı hallarda RGEM yerli şöbələri tərəfindən yerlərdə epidemik tədbirlərin aparılması təmin edilir. Bununla da xəstəliyin yayılmasının qarşısı alınır".

Dünyada suçiçəyi xəstəliyi ilə mübarizədə peyvəndin tətbiq edildiyini deyən A.Əliyeva əlavə edib ki, Azərbaycanda suçiçəyi idarəolunmayan xəstəliklər qrupuna daxil olunur və ona qarşı peyvənd tətbiq edilmir.

Suçiçəyinin də payız-qış mövsümü üçün xarakterik xəstəlik olduğunu söyləyən mərkəz rəsmisi vurğulayıb ki, havanın temperaturu yüksəldikcə xəstəliyə yoluxma halları daha da azalacaq.

A.Əliyeva Azərbaycanda "koksaki" virusunun yayılması barədə səslənən fikirlərə də münasibət bildirərək indiyədək aparılan laborator müayinələr zamanı bu virusa yoluxma halının aşkarlanmadığını açıqlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
İki sahibkar axtarışa verildi- Milyonlar ölkəyə qaytarılmayıb