Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105801
az

Rusiyanın bu  bölgəsində təhlükə var

19:1508 Aprel, 2024
169
DÜNYA
  • A

Qubernator Mur Telegram-da verdiyi açıqlamada Tümen vilayətində çaylarda suyun səviyyəsinin qalxdığını bildirib.

 

Oxu24.com  xəbər  verir  ki,  bu səbəbdən bölgədə fövqəladə vəziyyət elan edilib.

 

Məlumata  görə, 10 min 400-dən çox evi su basıb

 

Ölkənin Orenburq vilayətində Ural çayında bəndin partlaması nəticəsində yaranan daşqınlardan bir çox rayonlar zərər çəkib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, ölkənin 39 rayonunda 10 min 400-dən çox evi su basıb.

Kreml Sarayından verilən açıqlamaya görə, Rusiya prezidenti Vladimir Putin fövqəladə hallar naziri Aleksandr Kurenkov, həmçinin Orenburq, Kurqan və Tümen vilayətlərinin qubernatorları ilə görüşüb və daşqınla bağlı məlumat alıb.

Putin Rusiya hökumətinə xüsusi komissiya yaratmağı tapşırıb.

Orenburq vilayətinin Orsk şəhərində aprelin 6-da axşam saatlarında Ural çayında bəndin partlaması nəticəsində 2400-dən çox evi su basıb.

Daşqın səbəbindən qapalı qalan minlərlə insanı xilas etmək üçün təxliyə işlərinə başlanılıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkələrin səfirləri Gürcüstan XİN-ə çağırıldı
Paşinyan ermənilərə “yeni dövlət” təklif etdi
İran Suriyaya qoşun göndərə bilər

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü