Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105791
az

Rusiya Ukraynaya hücum taktikasını dəyişir

16:4608 Aprel, 2024
122
DÜNYA
  • A

Rusiya Ukraynanın enerji infrastrukturuna hücum taktikasını dəyişərək, Kiyevdən daha az müdafiə olunan ərazilərdə elektrik stansiyalarını məhv etmək üçün dəqiq idarə olunan raketlərdən istifadə edib. Bəzi obyektlər gələn qışa qədər tam bərpa olunmayacaq.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Financial Times yazır.


“Ukrayna rəsmiləri bildiriblər ki, Moskvanın vurduğu ziyan o qədər də böyük olmasa da, 2022-2023-cü illərin qışından daha pisdir və aydındır ki, Rusiya Federasiyasının indi məqsədi qalıcı, bərpası mümkün olmayan ziyan vurmaqdır. Martın 22-dən 29-a qədər Rusiya yeddi istilik elektrik stansiyasını vurdu - hamısı Kiyev istisna olmaqla, ölkənin ən yaxşı hava hücumundan müdafiə sistemlərindən birinə sahib olan digər bölgələrdə. Rusiya raketləri də iki su elektrik stansiyasını vurub”, – qəzet yazır.

 

FT yazır ki, Ukrayna hər bir stansiyada dəyən ziyanın miqyası barədə ətraflı məlumat verməsə də, rəsmilər bəzilərinin, o cümlədən Rusiya sərhədi yaxınlığındakı Xarkov bölgəsinin demək olar ki, tamamilə məhv edildiyini bildiriblər.

 

Nəşr DTEK-in rəhbəri Maksim Timçenkodan sitat gətirir: "Məqsədimiz oktyabr ayına qədər mümkün qədər bərpa etməkdir".

 

Timçenkonun sözlərinə görə, tam dağılmamış bəzi yarımstansiyaların və iri elektrik stansiyalarının işini bərpa etmək planlaşdırılır: “Daha heç bir hücumun olmamasını fərz etsək, zədələnmiş enerji bloklarının ən azı 50 faizi yenidən şəbəkəyə qoşulacaq”.

 

Timçenko bildirib ki, Ukraynanın elektrik şəbəkəsinə qarşı əvvəlki qış kampaniyasında Rusiya bütün ölkə daxilində keçid qurğularını və transformatorları hədəf alaraq şəhərləri qaranlığa və soyuqlara qərq etməyə çalışıb. Lakin indi onun sözlərinə görə, Rusiya raketləri konkret regionlardakı elektrik stansiyalarını “onları tamamilə məhv etmək üçün hədəfə alır, çünki elektrik stansiyalarını qısa müddətdə bərpa etmək mümkün deyil”.

 

GUR hesab edir ki, Rusiyanın qarşıdakı həftələrdə daha bir və ya iki böyük hücum üçün kifayət qədər raketləri var.

 

Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
Rusiyada ZƏLZƏLƏ -Qafqaz dağları böyüyür
Rusiyada insanlara atəş açan erməni biznesmenKİMDİR?

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi