Gürcüstan hökuməti Tbilisidə yeni hava limanı tikəcək, layihənin dəyəri 1,26 milyard dollardır.
Oxu24.com xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze 1tv.ge telekanalına bildirib.
“İqtisadi Şuranın iclası keçirildi və bu iclasda biz yeni meqalayihənin həyata keçirilməsi ilə bağlı ən mühüm qərarı qəbul etdik. O cümlədən, Tbilisidə yeni beynəlxalq hava limanı tikiləcək”.
Baş nazirin sözlərinə görə, hökumət layihənin iki variantını nəzərdən keçirirdi: “Biri köhnə aeroportun genişləndirilməsini, digəri isə Tbilisidən 25 km aralıda Vazianidə yeni hava limanının tikintisini nəzərdə tuturdu. Genişləndirmənin dəyəri təxminən 900 milyon dollar, yenisinin tikintisi isə təxminən 1,26 milyard dollardır”.
Kobaxidze aydınlaşdırıb ki, Tbilisi hava limanının hazırkı tutumu ildə 4,5 milyon sərnişinə qədərdir. “Genişləndirmə sərnişin axınını maksimum 15 milyon sərnişinə çatdırmağa imkan verəcək və gələcək inkişaf perspektivləri yox idi. Yenisinin tikintisinə gəlincə, bu, bizə imkan verir ki, sərnişinlərin sayını daha da genişləndirmək perspektivi ilə 19 milyona çatdıraq”, - Baş nazir bildirib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR