Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105787
az

Şeyx bayram vaxtını və fitrənin məbləğini açıqladı

16:1008 Aprel, 2024
491
REDAKTORUN SEÇİMİ
  • A

Şeyx bayram vaxtını və fitrənin məbləğini açıqladı
 

"Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə aprelin 10-na təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır".

Oxu24.com xəbər verir ki, bunu Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə təbrikində bildirib.

"Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır.

Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib.

Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün dünya müsəlmanlarını, o cümlədən, xalqımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımızı yetiririk", - Allahşükür Paşazadə bildirib.


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seymur Alişanov qətlə yetirilib
Türkiyə tərəfi Rəisinin helikopteri ilə bağlı sensassion açıqlama YAYDI
DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!