Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105766
az

Bakıda üç narkokuryerdən 18 kiloqrama yaxın narkotik götürülüb

13:3208 Aprel, 2024
188
KRİMİNAL
  • A

Bakı şəhərində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Cavid Məmmədov, Almas Əflan və Əziz Məhərrəmov saxlanılıb.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı C.Məmmədovdan 15 kiloqramdan çox marixuana aşkar edilib.

 

A.Əflan və Ə.Məhərrəmovun üzərlərinə və ikincinin avtomobilinə baxış zamanı isə 3 kiloqrama yaxın marixuana müəyyən edilib.

 

"Hər 3 saxlanılan şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunub. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

 

Nigar

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yabanı halda bitmiş çətənə kolları məhv edildi
İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı - FOTOLAR
Ondan kömək istəyən təqaüdçülərin kartlarından oğurluq etdi