Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105760
az

İnsan sağlamlığı üçün təhlükə yaradan dərmanlar - Professordan XƏBƏRDARLIQ - VİDEO

10:0808 Aprel, 2024
241
  • A

Son zamanlar sosial şəbəkələrdə boyuzadıcı dərmanlar reklam olunur. Bu dərmanlar xüsusilə bəstəboy insanların diqqətini çəkir. Çünki bəstəboy insanların çoxu xüsusilə bu dərmanlara ümid bəsləyirlər

Odur ki, bəzi insanlar həkim məsləhəti olmadan, reseptsiz, hətta apteklərdə belə satışı olmayan bu dərmanları sifarişlə alıb istifadə edirlər. Bəs bunları istifadə etmək nə dərəcədə doğrudur? Bu dərmanları həkim məsləhəti olmadan qəbul etmək gələcəkdə nə kimi problemlər yarada bilər?

OXU24.COM Xəzər TV-yə istinadən bildirir ki, həkimlər bu cür dərmanların boy uzatmadığını deyirlər.

Professor Adil Qeybulla bu preparatların tibbi göstəriş olmadan qəbulundan sonra insan orqanizmində, xüsusilə də hormonlarda ciddi fəsadlar yaranacağını və bədənin qeyri-mütənasib böyüməsinin baş verə biləcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, insan orqanizmində təxminən 17-18 yaşdan etibarən insanların boy uzanma prosesi dayanır. Bundan sonra boyu hər hansısa dərmanlarla deyil, tibbi olaraq yalnız əməliyyatla uzatmaq mümkündür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng yaradan əsas qidadır - Hər kəs bəh-bəhlə yeyir: Onkoloq xəbərdarlıq etdi
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? -VİDEO
"Azərə imtina cavabı gəldi, bu onu çökdürdü"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Bakıda evlərdən oğurluq edən keçmiş    məhkum    tutuldu