Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10576
az

Od çərşənbəsində yanmamaq üçün nələrə diqqət etməliyik? - Ekspert danışır

17:0905 Mart, 2019
700
CƏMİYYƏT
  • A
 

Tonqal yandırılarkən havanın küləkli olub-olmamasını nəzərə almaqla düzgün yer seçmək lazımdır. Elə bir yeri seçmək lazımdır ki, tonqala yaxın yaşayış evləri, maşınlar, elektrik xətləri, tez alışan maddələrdə uzaq bir yer olsun.

Bu gün od çərşənbəsi münasibəti ilə keçirilən tədbirlər zamanı insanları diqqətli olmağa çalışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin tövsiyəsidir bunlar.


O, Femida.az -a bildirib ki, insanlar tonqalı hazırlayarkən yerin üzərində qoruyucunun olmasına, hündürlüyünün 1.5 metrdən çox olmamasına və tonqalda yanacaq materiallara diqqət etmək lazımdır: "Üzərində boya, əhəng, lak, polietilen məhsulların, salafan torbaların, rezin şinlərin yandırılması zamanı ayrılan tüstü toksiki xarakter daşıyır və zəhərlənməyə səbəb ola bilər. İlk öncə tonqal ətrafında uşaqları nəzarətsiz qoymamaq lazımdır.



Geyimə də diqqət etmək lazımdır. Bədənə yapışmayan hissələri çox olan, ipləri uzun, ətəyi uzun geyimlər odun üzərindən tullanarkən geyimin alışmasına səbəb ola bilər. Tonqalın üzərindən tullanarkən bir-birini gözləmək lazımdır. Tonqal ətrafında insanların çox olmasını və azyaşlı uşaqların olmasını nəzərə alaraq partlayıcı pirotexniki vasitələrdən, fişənglərdən istifadə etmək olmaz. Unutmaq olmaz ki, ani bir ehtiyatsızlıq bədbəxt hadisələrə səbəb ola bilər".

Ekspert deyir ki, tonqal tam sönməmiş onu nəzarətsiz qoymaq olmaz. Sönməsinə əmin olmaq lazımdır. Əks halda yanğn təhlükəsi yaradar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hormonal problemləri dəf etmək üçün 5 MƏHSUL
Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı vəfat etdi
Daha bir DƏHŞƏTLİ AVİAQƏZA: təyyarə çimərlikdə partladı -ANBAAN VİDEO

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
İki sahibkar axtarışa verildi- Milyonlar ölkəyə qaytarılmayıb