İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatının saxladığı girovlar azad edilmədən Qəzza zolağında atəşkəsin əldə edilməyəcəyi barədə xəbərdarlıq edib.
Bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
“Mən beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirdim ki, girov götürülənlər geri qaytarılmadan atəşkəs olmayacaq. Bu, İsrail hökumətinin siyasətidir və mən Bayden administrasiyasının bu yaxınlarda hələ də bu mövqeyini saxladığına işarə etməsini alqışlayıram”, - Netanyahu həftəlik hökumət iclasının əvvəlində deyib.
O bildirib ki, razılaşmaya İsrail yox, HƏMAS mane olur.
Oxu24.com
ŞƏRHLƏR