Bazar günü, aprelin 7-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubundan demək olar ki, bütün hərbi hissələrini çıxarıb.
Oxu24.com xəbər verir ki, bu barədə Jerusalem Post və Times of Israel yazır.
KİV-in məlumatına görə, bir neçə aylıq döyüşlərdən sonra indi cənubda cəmi bir briqada qalıb ki, onun vəzifəsi İsrailin cənubunu Qəzza zolağının sahilləri ilə birləşdirən dəhlizin təhlükəsizliyini təmin etməkdir.
Bu dəhliz İDF-yə Qəzzanın şimalında və mərkəzində reydlər keçirməyə imkan verir, fələstinlilərin zolağın şimal hissəsinə qayıtmasının qarşısını alır və humanitar təşkilatlara Qəzzanın şimalına yardım çatdırmağa imkan verir.
Miri
Oxu24.com
ŞƏRHLƏR